Türkiyə mətbuatı Akif Aşırlını “Nargin” əsərindən yazıb

Türkiyənin”İttifak”qəzeti araşdırmaçı jurnalist, “Şərq” qəzetinin baş redaktoru, tarix elmi üzrə fəlsəfə doktoru Akif Aşırlı ilə türkiyəli professor Bingür Sönməzin birgə ərsəyə gətirdiyi “Nargin” əsərindən yazıb.

“Sherg.az” xəbər verir ki, “Türk’ün ölüm adası: Nargin” başlığı ilə dərc olunan məqalədə türkiyəli professor Bingür Sönmez bu əsərin tarixi əhəmiyyətindən danışıb. Bundan başqa məqalədə Sarıqamış əməliyytaında əsir düşərək Nargin adasına gətirilən türk sivilləri,əsgərləri, eyni zamanda türk ailələrinin sayını açıqlayıb.

Müəllif Sarıqamış əməlliyyatının 15 gün deyil, 4 il davam etdiyini vurğulayıb. Qeyd olunub ki, 15 gün ərzində 7500 türk əsgəri əsir alınıb və 4 il ərzində isə əsir götürülən türklərin sayı 30 mini keçib.

Ümumiyyətlə Sarıqamış əməliyyatı zamanı əsir götürülən və qətlə yetirilən türklərin sayı 100 mini keçib. Bundan başqa məqalədə əsir alınan türk əsgərlərinə verilən ağır işgəncələrdən də söz açılıb. Həmçinin yazıda şəhid olan türk əsgərlərinin hansı formada dəfn olunmasna diqqət çəkilir.

2007-ci ildə Bakıya gələrək A.Aşırlı ilə Nargin adasına yollandığını vurğulayan müəllif qeyd edir ki, Bakıya ikinci dəfə 2015-ci ildə təşrif buyurduğunu vurğulayan B.Sönməz qeyd edib ki, adada 50-ə yaxın məzar tapılıb və həmin məzarlarda 15 min şəhidin dəfn edildiyi bildirilir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here