RESPONSIVE LEADERBOARD AD AREA
DÜNYA 2019.08.14 17:04

Türkiyə Qətərdə ikinci hərbi bazasını yaradır

26

Türkiyə Fars körfəzi sahilində yerləşən Qətər əmirliyinin ərazisində ikinci hərbi bazasının tikintisini demək olar ki, başa çatdırıb.

Bu barədə “Al Ahram” qəzeti məlumat yayıb. Qeyd olunub ki, yeni hərbi bazanın açılışı payızda baş tutacaq.

Hərbi obyektin istifadəyə verilməsi mərasimində Qətərin Əmiri Şeyx Təmim bin Həməd Al Tani və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak edəcəyi gözlənilir.

Türkiyənin yeni bazası paytaxt Dohanın cənubunda, artıq mövcud olan “Tarek ben Ziyad” bazasının yanında yerləşəcək.

Qeyd olunub ki, yeni bazanın işə düşməsi ilə Qətərdəki türk hərbçilərinin sayı “əhəmiyyətli dərəcədə artacaq

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı