Türkiyədə Atatürkü anma, gənclik və idman bayramı qeyd edilir

Mayın 19-da Türkiyədə Atatürkü anma, gənclik və idman günüdür. Bu münasibətlə ölkədə silsilə bayram mərasimləri təşkil olunub. Rəsmi bayram mərasimi Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün məzarını ziyarətlə başlayıb.

Gənclik və idman naziri Akif Çağatay Kılıçın rəhbərliyi ilə ölkə ictimaiyyətinin nümayəndələri Türkiyənin xilaskarı, böyük dövlət xadimi Mustafa Kamal Atatürkün məzarını – Anıtkabir abidəsini ziyarət ediblər. Atatürkün məzarı önünə əklil qoyulub, gül dəstələri düzülüb, xatirəsi yad edilib.

Bayram tədbirləri ölkənin ayrı-ayrı bölgələrində də qeyd olunur.

Mustafa Kamal Atatürkün doğum günü və Türkiyədə 1919-cu ildə Milli Qurtuluş Savaşının başlanması şərəfinə təsis edilmiş bu bayramın ildönümü münasibətilə ölkədə bir günlük tətildir.

AZƏRTAC