Türkiyəli alimlə görüş

Türkiyəli alimlə görüş

10719243_442119949260869_580069420_nBu günlərdə “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi daha bir maraqlı görüşə ev sahibliyi etdi. Birliyin davamlı layihələrindən olan “Ziyalı ünsiyyəti”  çərçivəsində keçirilən bu görüşün qonağı ölkəmizdə qısa müddətli səfərdə olan Türkiyəli alim, islam tarixçisi Mehmet Əzimli idi. Professor-doktor Mehmet Əzimli 1968-ci ildə Konyada anadan olmuşdur. 1991-ci ildə Səlcuq Universitetinin İlahiyyat faküktəsində təhsil aldıqdan sonra Mehmet Əzimli 1994-cü ildə burada magistraturanı, 1999-cü ildə isə doktoranturanı bitirmişdir. Mehmet Əzimli 1998-2012-ci illərdə Diclə Universitetinin İlahiyyat fakültəsində çalışmışdır. 2005-ci ildə dosent, 2013-cü ildə professor dərəcəsini almışdır. İslam tarixinə dair 12 kitabın müəllifi olan Mehmet Əzimli eyni zamanda coxlu 10719243_442119949260869_580069420_nsayda məqalənin müəllifidir.  Hal-hazırda Mehmet Əzimli Hitt Universitetinin İlahiyyat fakültəsi İslam tarixi və sənətləri bölümündə çalışır.

“Aydınlığa doğru” İB sədri, tele-jurnalist Solmaz Əmirli tədbir iştirakçılarını salamladıqdan sonra birliyin fəaliyyəti barədə video-çarxı və tədqiqatçı alim Mehmet Əzimli haqqında tanıtım çarxını qonaqların diqqətinə təqdim etdi. Sonra söz islam tarixçisi, maraqlı araşdırmaların müəllifi Mehmet Əzimliyə verildi. Mehmet bəyin Peyğəmbər sirəsinə fərqli baxışı, tarixi dəlillərə əsaslanan faktlarla dolu çıxışı dinləyicilərdə böyük maraq doğurdu. “Ziyalı ünsiyyəti”nin olduqca maraqlı keçən bu görüşündə fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, AMEA Fəlsəfə və Hüquq İnstitutunun Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri şöbəsinin böyük elmi işçisi Radif Mustafayev, Qafqaz Etno-Sosial Araşdırmalar mərkəzinin təhlilçisi, tarixçi Azər Hüseynli, Bakı Dövlət Universitetinin müəllimi, ilahiyyarçı Saleh Kazımov, “Elm Yurdu” Sosial Araşdırmalar İB-in icraçı direktoru, tibb üzrə fəlsəfə doktoru Kamran Babayev, eləcə də tələbə gənclər və şəhər ictimaiyyətinin fəal nümayəndələri iştirak edirdi. Mühazirəni maraqla dinləyən iştirakçılar alimin bəzi iddialarıyla bağlı qeydlər edir, onlarda sual doğuran məsələləri açıqlamasını xahiş edirdilər.

Daha sonra ünsiyyət çay süfrəsi arxasında səmimi söhbətlə davam etdi. Onu da qeyd edək ki, M.Əzimli kitablarının birini xalq qəhrəmanı Babəkin həyatı və mübarizəsinə həsr etmişdir. “Babək – bir dirənişçi” adlı bu kitabda Babək üsyanının islam tarixində yeri və mahiyyəti fərqli baxışlarla açıqlanır. Tarixi araşdırmalarını yorulmadan davam etdirən alimin “Sirəni fərqli oxumaq”, “Bu yerin o biri 10719243_442119949260869_580069420_nüzündə”, “Xəlifəlik tarixinə giriş” və s. kimi digər kitabları da Azərbaycan oxucusunda böyük maraq doğuracaq. Sonda “Aydınlığa doğru” İB sədri Solmaz Əmirli islam tarixçisi Mehmet Əzimliyə xatirə hədiyyəsi təqdim etdi, elmi fəaliyyətində ona uğurlar arzuladı. Tədbir iştirakçıları maraqlı görüş üçün Solmaz xanıma təşəkkür etdilər və tarixçi-alimlə yenidən görüşmək arzusunda olduqlarını bildirdilər.

“Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması

İctimai Birliyinin mətbuat xidməti