RESPONSIVE LEADERBOARD AD AREA
MƏDƏNİYYƏT 2019.09.24 05:59

Türkiyəyə müalicəyə gedən xalq artistinin vəziyyəti pisləşdi

87

Türkiyəyə müalicəyə gedən xalq artisti Naibə Allahverdiyevanın vəziyyəti pisləşib.

ARB TV-nin “Elgizlə İzlə” verilişində aktrisa ilə telefon əlaqəsi yaradılıb.

Xalq artisti ona İstanbulda həkimlərin təyin etdiyi dərmanları içdikdən sonra halının daha da ağırlaşdığını bildirib:

“Səhərə qədər yatmamışam, bütün bədənim yanır. Bakıya gəlmək istəyirəm, gələ bilmirəm. Yerimdən heç qalxa bilmirəm. Azərbaycana qayıtmaq üçün biletləri almışdıq, uça bilmədik, batdı. Təzyiqim tez-tez qalxdığı üçün təyyarəyə minə bilmirəm”.

Aktrisa göz yaşları ilə kömək istəyib:

“Burada hər şey pulludur. Pulum bitib, yenidə xəstəxanaya da gedə bilmirəm. Xahiş edirəm, kimsə mənim burada müalicəmə və ya Bakıya geri qayıtmağıma kömək etsin”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı