Türkiyədə məktəblər bağlanıb

Türkiyədə məktəblər bağlanıb

Türkiyənin 8 əyalətində qarlı hava şəraiti ilə əlaqədar məktəblər bir günlüyə bağlanıb. Buna səbəb kimi şagirdlərin məktəblərə daşınmasında yollarda problemlərin olduğu göstərilib.
İnformasiyaya əsasən, ölkənin Van əyalətində 3 gündür fasiləsiz qar yağır. Əyalətin Gevaş rayonunda fevralın 20-dək məktəblər tətil edib. Ora 90 sm – 1 metr hündürlüyədək qar yağıb. Əyalətin başqa rayonlarında isə məktəblər bir günlüyə bağlanıb.
Türkiyənin Trabzon, Artvin, Rize, Ordu, Giresun, Hakkari və Sivas əyalətlərində məktəblər bir günlüyüə tətil edib.

Report.az