Türkiyə Hesablama Məhkəməsinin nümayəndə heyəti təqdimatla çıxış edib

 

Türkiyə Hesablama Məhkəməsinin audit departamentinin direktoru Arif Zencirci, auditorlar Mustafa Ersöz və Hacı Mehmet Çekici Azərbaycan Hesablama Palatasında təqdimatla çıxış etmək üçün Bakıda səfərdə olublar. Hesablama Palatasının mətbuat xidmətindən bildiriblər ki, səfər Azərbaycan Respublikasının Hesablama Palatası və Türkiyə Hesablama Məhkəməsi arasında olan ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilib. İki gün davam edən toplantıda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, palatanın üzvləri, struktur bölmələrinin rəhbərləri və müvafiq işçiləri iştirak ediblər.

Səfərin məqsədi auditin idarəedilməsi proqramına (SayCap), kompüterə əsaslanan audit üsullarının tətbiqi (CAATs) və maliyyə məlumatlarının təhlilində istifadə olunan informasiya texnologiyaları alətlərinin tətbiqi mövzusunda təqdimatların keçirilməsindən ibarət olub. Təqdimatlarda auditin idarəedilməsi proqramı, sistemin bütün funksionallığı, ümumi prosesin əsas hissələri, rəhbərlik və işçilər səviyyəsində iştirakçıların rolları və tətbiqlə bağlı digər mühüm məlumatlar da izah edilib.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here