Türkiyəli professor: Ərdahan Universitetində onlarla azərbaycanlı tələbə təhsil alır

Türkiyənin Ərdahan Universitetinin professoru Ərdoğan Altınkaynak Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda olub.

İnstitutdan  bildiriblər ki, bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov türkiyəli qonağa rəhbərlik etdiyi qurumda görülən işlərdən danışıb.

Ə.Altınkaynak Ərdahan Universitetində onlarla azərbaycanlı tələbənin təhsil aldığını, vaxtaşırı Azərbaycanda çap olunan elmi nəşrləri əldə etdiklərini bildirib.

Görüşdə qarşılıqlı olaraq Türkiyənin Ərdahan bölgəsindən, eləcə də Azərbaycanın müxtəlif bölgələrindən folklor materiallarının toplanılması, nəşri, araşdırılması ilə bağlı məsələlər müzakirə olunub.

Azərtac