Türkiyəli professor BDU-da olub

V Bakı Beynəlxalq humanitar forumunda iştirak etmək üçün ölkəmizə səfər edən Türkiyənin Qazi Universitetinin Jurnalistika fakültəsinin sabiq dekanı, professor Zakir Avşar Bakı Dövlət Universitetində olub.

Rektor, akademik Abel Məhərrəmov qonağa universitet haqqında məlumat verib, jurnalistika fakültəsi, tədris olunan fənlər barədə danışıb.

Professor Zakir Avşar, öz növbəsində, təmsil etdiyi fakültə haqqında danışaraq, onun Türkiyənin jurnalistika fakültələri arasında ilk yerlərdə qərarlaşdığını bildirib.

Sonra professor Zakir Avşar jurnalistika fakültəsinin Tədris tele-radio studiyası ilə tanış olub, müəllim-tələbə heyəti ilə fikir mübadiləsi aparıb.

 

qafqaz.info

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here