Türkmənistan və Türkiyə Lapis-Lazuli nəqliyyat dəhlizi yaradılması perspektivlərini müzakirə ediblər

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlut Çavuşoğlu Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ərazisindən keçəcək Lapis-Lazuli (Lazurit) beynəlxalq tranzit-nəqliyyat dəhlizinin yaradılması perspektivlərini müzakirə ediblər.

AZƏRTAC Türkmənistan Dövlət İnformasiya Agentliyinin (TDH) məlumatına istinadla xəbər verir ki, bu barədə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun və Türkiyə Respublikasının xarici işlər naziri Mövlut Çavuşoğlunun Aşqabadda keçirilmiş görüşündə söhbət olub.

Lapis-Lazuli marşrutuna dair Saziş 2017-ci il noyabrın 15-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransında (RECCA – Regional Economic Cooperation Conference on Afghanistan) imzalanıb.

Bu sənədin reallaşdırılması regionun iqtisadi inteqrasiya səviyyəsini yüksəltməyə, ticarətin həcmini əhəmiyyətli dərəcədə artırmağa xidmət edir. Lapis-Lazuli beynəlxalq nəqliyyat dəhlizi həmin marşrut üzrə yükdaşımaların həcmini artırmaq üçün yeni imkanlar yaradır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here