Türkmənistanın Azərbaycandakı Səfiri MEK-i ziyarət edib

Türkmənistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Mekan İşanquliyev AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib.
MEK-in yardımçı fondlarını, oxu zallarını, Biblioqrafik sorğular bölməsini, Şərq ədəbiyyatı və Nadir kitab fondunu ziyarət edən Səfir Akademiklər zalında yerləşən Diplomatik fondda, eləcə də kitabxananın başqa informasiya təminatlı məkanlarında mühafizə olunan sənədlərlə tanış olub. Diplomatik fondu ziyarət zamanı Səfir burada Türkmənistana aid olan guşəni yeni kitablarla zənginləşdirəcəyini bildirib. MEK-in tarixi, iş prinsipləri, təcrübəsi ilə yaxından maraqlanan diplomat kitabxanada həyata keçirilən rəqəmsallaşdırma prosesinin  xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova kitabxananın tarixi, fəaliyyəti və ölkələr arasındakı dostluq münasibətlərinin və mədəni əlaqələrin inkişafında kitab mübadiləsinin əhəmiyyəti barədə danışıb. Qarşılıqlı əməkdaşlığın müzakirəsi zamanı L.İmanova Türkdilli Ölkələrin Akademik Kitabxanaları Assosasiyası, Mərkəzi Elmi Kitabxana tərəfindən icra olunan Vahid  Qeydiyyat Sistemi, Milli Rəqəmsal Yaddaş layihələri haqqında məlumat verərək Türkmənistandakı aparıcı kitabxanalarla təcrübə mübadiləsinin və əməkdaşlığın təşkili üçün təkliflərini səsləndirib.
Sonda cənab Mekan İşanquliyevə  məhşur macar türkoloqu Georq Hazaiyə həsr olunmuş, MEK tərəfindən keçirilmiş konfransın materiallarından ibarət kitab təqdim olunub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here