“Türkologiya” beynəlxalq elmi jurnalın növbəti sayı MEK-ə daxil olub

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 2017-cı il üçün 4-cü sayı işıq üzü görüb.  “Türkologiya” nın bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, ABŞ, Türkiyə, Rusiya, Bolqarıstan alimlərinin məqalələri yer alıb.

Ötən ildəki sonuncu buraxılışında jurnalın ilk yazısı Peter Qoldenin (ABŞ) “Mahmud əl-Kaşgaridə Türk dünyası”  məqaləsi ilə başlayır. “Klassik irs-portretlər” rubrikasında yer alan elmi tədqiqat əsəri ingilis dilində oxuculara təqdim olunur.

“Dilçilik” mövzusunda Türkiyəli alim Əhməd Nəhmədov “Azərbaycan türkcəsində “din” felinin tarixi inkişafı üzərinə” adlı məqaləsində sözün kökünü geniş şəkildə araşdırıb.

“Tarix və Etnoqrafiya” istiqamətində rus alimləri Aleksandr Nesterovun və Yiliya İvanovanın birgə müəllifi olduğu “Ağcaqoyunlu qacarlar: XVII əsrin ilk qərinəsində İrəvan bəylərbəyliyi” yazı da maraqlı faktlarla əhatə olunub.

“Mifologiya” haqqında Zakircan Aminev (Rusiya, Başqırdıstan) “Başqırdlarda dağ  kultur relikti” haqqında söhbət açır.

Azərbaycanlı alim Zümrüd Quluzadə “Bir daha Azərbaycan tarixşünasların  məxəzləri olan “Kitabi- Dədə qorqud” dastanı və Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsəri haqqında” elmi qənaətlərini əsaslandırır.

“Türkoloji Mərkəzlər” içərisində Momçil Şopov (Bolqarıstan)  “Bolqor türkologiyasının yolu haqqında” geniş məlumat verir.

“Redaksiyaya məktub” bölümündə Türkiyədən yazılmış Əhməd Bican Ərcilasun, Şükrü  Haluk Akalın, ABŞ-dan Peter  Goldenin və Almaniyadan Orhan Arasın məktubları dərc olunub.

“Türkologiya” jurnalının bu sayında “Azərbaycan multikulturalizmi” ali məktəblər üçün dərs vəsaitinə  İlham Məmmədzanin (Azərbaycan), Mustafa S.Kaçalininin “Oğuzların Diliyle Dedem Korkudun Kitabı”na  Elçin İbrahimovun (Azərbaycan) yazdığı resenziyalar da işıq üzü görüb.

“Elmi  Həyat” bölümündə isə xronika sıralanıb.

Jurnalda Hüseyn Cavidin 135, Lev Qumilyovun 105, İren Məlikoffun 100, Elbrus Əzizovun 70 illik yubileyləri haqqında da ensiklopedik xarakterli məqalələr yazılıb.

Jurnalın sonuncu müəllif yazısında türk dünyasının böyük alimlərindən biri olan Harid Fedai haqqında Ceval Kayanın nekroloqu yazılıb.

Qeyd edək ki, “Türkologiya” jurnalı 2017-ci il oktyabr ayından etibarən Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən MLA-nın (Modern Language Association) biblioqrafiyasına, həmçinin SAJI ( Scholar Article Journal Index), TEL (Turkish Education Index) və SIS (scientific Ibdexing Services) təşkilatlarının beynəlxalq indekslərinə daxil edilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here