“TÜRKSOY I Beynəlxalq simulasiyası” layihəsinə start verilir

“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, “TÜRKSOY I Beynəlxalq simulasiyası” layihəsinə start verilir.

qhtxeber.az-a daxil olan məlumata görə, 15-17 mart 2019-cu il tarixini əhatə edəcək layihənin məqsədi müxtəlif türk dövlətlərindən olan gənclərin vahid ideologiya ətrafında birləşmələrini təmin etməkdir. Qədim və bənsərsiz tarixə malik türk mədəniyyətinin nümayiş olunacağı “TÜRKSOY I Beynəlxalq simulyasiyası” layihəsində iştirakçılar tərəfindən mədəni inkişaf sahəsindəki xalqların problemləri və onların həlli yolları müzakirə olunacaq, qanun layihələri hazırlanacaq. Həmçinin ölkələrin mədəniyyət nümunələri də sərgilənəcək.

Layihədə 6 müxtəlif ölkə, 8 türk topluluğundan olan, qeydiyyatdan keçmiş və müsahibə mərhələsi uğurlu hesab edilən, ümumilikdə 50 gənc iştirak edəcək. Qeyd edək ki, Gənclər Paytaxtı Şamaxıda start alacaq layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılacaq. Qeydiyyat üçün link: https://bit.ly/2EMgbfR

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here