RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Tütünə Yox” adlı sosial aksiya keçirilib

406

“Könüllülər Yurdu Azərbaycan” layihəsinin Qəbələ şəhərində açılış mərasimi keçirilib.

Açılış mərasimində Qəbələ şəhər İcra Hakimiyyətinin nümayəndəsi Ramin Qəribov və Qəbələ şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Fəxri Soltanov iştirak edib və bu layihənin könüllük fəaliyyətinin təbliğinin həyata keçirilməsi üçün böyük təşəbbüs olduğunu bildiriblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihəydə Ağdam, Yevlax və Bərdə rayonlarından ümumilikdə 60 gənc iştirak edib. İlk növbədə iştirakçılara “Şəxsi inkişaf”, “Könüllülüyün fəlsəfəsi və tarixi”, “ASAN Könüllüləri” təşkilatı, “ASAN School” könüllülük məktəbi və “ASAN Kadr”, “Dövlət orqanlarının şəxsi inkişaf üçün yaratdığı imkanlar” mövzularında müxtəlif təlimlər keçirilib.

Layihə çərçivəsində gənclərə könüllük fəaliyyətini praktiki cəhətdən öyrədilməsi məqsədilə şəhərin mərkəzində “Tütünə Yox” adlı sosial aksiya keçirilib. “Acı tütünü şirin dada dəyişək” sloqanı ilə keçirilən aksiyada gənclər vətəndaşlara yaxınlaşaraq tütünün zərərlərini anladıb, daha sonra vətəndaşlardan siqaretləri alıblar. Aldıqları siqaret qarşılığında onlara müxtəlif şirniyyat verilib. Siqaretlər isə yığılaraq tullanılıb.

 

Qeyd edək ki, Bakı, Sumqayıt şəhərləri ilə yanaşı 6 regionu əhatə edəcək “Könüllülər Yurdu – Azərbaycan” layihəsinin əsas məqsədi könüllü fəaliyyətini gənclər arasında təbliğ etmək və bununla da sosial-ictimai sahədə regionda yaşayan gənclərinin rolunun artırılmasına nail olmaqdan ibarətdir.  Onuda qeyd edək ki, layihə 600 gənci əhatə edəcək və 50 000 ailə “ASAN xidmət”in göstərdiyi xidmət ilə bağlı maarifləndiriləcək.

unnamed (1) unnamed (2) unnamed

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı