Tütündən qorunmaya nəzarəti Səhiyyə Nazirliyi həyata keçirəcək

Tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət nəzarətinin təşkili və həyata keçirilməsi Səhiyyə Nazirliyinə həvalə olunub. Verilən  məlumata görə, bu, prezident İlham Əliyevin “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası prezidentinin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” fərmanında əksini tapıb.

Fərmana əsasən Səhiyyə Nazirliyinə bu sahədə dövlət siyasətinin həyata keçirmək, beynəlxalq əməkdaşlıq, o cümlədən beynəlxalq müqavilələrin bağlanması da həvalə olunub. Ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin azaldılmasına yönəldilmiş tədbirlərin monitorinqinin keçirilməsinə münasibətdə Səhiyyə Nazirliyi və Daxili İşlər Nazirliyi, Azərbaycan ərazisində tütündən istifadənin miqyasını müəyyənləşdirmək və istifadənin azaldılmasına nail olmaq məqsədi ilə həyata keçirilən və (və ya) planlaşdırılan tədbirlər haqqında əhalinin məlumatlandırılmasına münasibətdə isə Səhiyyə Nazirliyi məsul orqanlar olacaq.

Fərmana əsasən Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları insanların sağlamlığının ətraf mühitdəki tütün tüstüsünün təsirindən və tütündən istifadənin məhdudlaşdırılması haqqında qanunvericiliyin pozulması məsələlərinə dair vətəndaşların, o cümlədən fərdi sahibkarların və hüquqi şəxslərin müraciətləri üçün “qaynar xətlər” yaratmalı və ya internet informasiya-kommunikasiya şəbəkəsindən istifadə edilməsini təmin etməlidir.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here