UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atıldı

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atıldı

Aprelin 15-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atılıb.

İspaniyanın “Atletiko” və “Real Madrid”, Almaniyanın “Bavariya” və İngiltərənin “Mançester Siti” komandalarının nümayəndələrinin qatıldığı mərasimdə cütlüklər “kor püşk” nəticəsində müəyyənləşib.

Püşkün nəticələrinə əsasən, yarımfinalda “Mançester Siti” komandası “Real Madrid”, “Atletiko Madrid” isə “Bavariya” ilə qarşılaşacaq.

İkidəbir final görüşləri aprelin 26-27-də və mayın 3-4-də keçiriləcək. UEFA Çempionlar Liqasının final oyunu mayın 28-də Milanda keçiriləcək(azərtac).