RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Uğurlu karyera üçün nələr etməli?” Master Klassı

538

“Uğurlu karyera üçün nələr etməli?” Master Klassı

Karyera əksər düçüncələrin əksinə başqaları tərəfindən deyil, insanın özü tərəfindən idarə edilməli olan bir prosesdir.
Seminarda əmək bazarının, müxtəlif şirkət və qurumların müasir tələblərinə uyğun olaraq namizədlərin Karyera Planlaşdırılması mövzusunda qarşılaşdıqları əsas çətinliklərdən bəhs olunacaq.

Master Klass : 13 Sentyabr 10:00-da başlayacaq.

Master Klassdan əldə edə edəcəksiniz:

  • Karyera Planlaşdırılması üçün son dərəcə mühim olan Hədəf və Məqsədlərin düzgün müəyyənləşdirilməsi
  • Namizədlərin fərdi SWOT analizinin hazırlanmasının əhəmiyyəti
  • Fəaliyyət planının (Action Plan) hazırlanması
  • Karyera Planlaşdırılmasında “Vaxt” anlayışı
  • Təhsil müddətində əldə edilən “İş təcrübəsi”nin əhəmiyyyəti
  • Niyə biz “Təcrübəm yoxdur” və ya “Mənə uyğun iş yoxdur” bəhanələrinin arxasında gizlənirik

Təlimçi :

Abid Səmədov :
Bakı Slavyan Universiteti və Türkiyənin Mimar Sinan Universitetində təhsil almışdır.
4 il müddətində Türkiyənin ən böyük universitetə hazırlıq kurslarının birində
“Təhsil üzrə məsləhətçi” kimi çalışmışdır. 2011-ci ildən etibarən Azinka İnsan Resursları
və Karyera mərkəzində “İşçi seçimi üzrə mütəxəssis”, daha sonra isə “Direktor müavini”
olaraq fəaliyyət göstərmişdir. Karyera planlaşdırılması ilə bağlı yüzlərlə şəxsi əhatə edən
seminarların təşkilatçısıdır. Hal-hazırda dünyanın 23 ölkəsində fəaliyyət göstərən
LC Waikiki şirkətinin Azərbaycan ofisində “İşçi seçimi üzrə mütəxəssis” vəzifəsində çalışır.

Master Klass seçimlərlə aparılacaq.
İştirak üçün aşağıda qeyd edilən forumu doldura bilərsiniz.

https://docs.google.com/forms/d/1BqFycw9BlRpcs6gU6qHOj6Bqy9N8kt9VhqJWKT9ztQI/viewform

Son müraciət tarixi :
12 Sentyabr 18:00

Əlavə Məlumat:
Tel:
055 238 40 08, 012 480 34 61
E-Mail: [email protected]
Ofis Ünvanı: İçərişəhər metrosu, Həsən Abdullayev küç, 3A/1
Axundov bagının arxası

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı