Ukrayna ordusu döyüşə hazır vəziyyətə gətirildi

Ukrayna ordusu döyüşə hazır vəziyyətə gətirilib. Virtualaz.org xəbər verir ki, bu barədə məlumatı Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Bəyanatda bildirilir ki, müvafiq sərəncam Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının hərbi vəziyyətin tətbiq olunması barədə qərarına əsasən verilib.

Bundan əlavə, Ukrayna Təhlükəsizlik Xidməti də döyüşə hazır vəziyyətə gətirilib.

“Rusiya xüsusi xidmət orqanlarının Ukrayna ərazisində digər təxribatlarının və ölkə daxilində vəziyyətin sabitliyinin pozulmasının qarşısını almaq məqsədilə əks-kəşfiyyat tədbirləri gücləndirilib”, – bəyanatda qeyd olunur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here