Ukraynada vəzifədən çıxarılan erməninin yerinə azərbaycanlı təyinat alıb

Ukrayna Kikboksinq Federasiyasının Çernovtsı şəhərində keçirilən növbəti konfransında qurumun vitse prezident vəzifəsinə seçkilər olub.

“Report”un məlumatına görə, konfransda Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) sədr müavini Elşad Rafiq oğlu İbrahimov təyinat alıb. Konfrans ərəfəsində Çernovtsıda ümumölkə kikboksinq yarışı da keçirilib.

Bu vəzifədə buna qədər erməni mənşəli şəxs olub. O, bir müddət əvvəl tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, uzun müddətdir Ukraynada yaşayan və bu ölkənin vətəndaşı olan E. İbrahimov biznes, idman və ictimai həyatda fəaldır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here