“Ulduz” Məntiq Olimpiadasına qeydiyyat başladı

“Ulduz” Məntiq Olimpiadasına qeydiyyat başladı!

“Veysəloğlu” Şirkətlər Qrupu və ATGTİ-nin təşkilati dəstəyi ilə tələbələr arasında “Ulduz” Məntiq Olimpiadası layihəsinə start verilir. Qeydiyyat linki:http://goo.gl/B4joRH

Təhsil aldığı müəssisə və ixtisasından asılı olmayaraq olimpiadada iştirak etmək istəyən hər bir tələbə (ali və ya orta ixtisas təhsil müəssisələrinin subbakalavr, bakalavr və magistr pillələrində hal-hazırda təhsil alan) son qeydiyyat tarixinə kimi ərizə formasını doldurmalıdır.

Olimpiada iki mərhələdən ibarət olmaqla keçiriləcək. 1-ci mərhələdə nəticəsi məqbul hesab olunan tələbələr ikinci mərhələdə iştirak hüququ qazanacaq. Dialoq.info xəbər verir ki, suallar test və açıq suallar formasında təqdim olunacaq. Olimpiadaların keçirilmə yeri və vaxtı əvvəlcədən iştirakçılarla əlaqə saxlanılmaqla bildiriləcək.

Olimpiadaların qalibləri – I, II, III yerin sahibləri müvafiq olaraq “I-pad mini”, “Prestigio Multi Pad”, “Pocket book”la mükafatlandırılacaq.

#Azerbaijan #Baku #ATGTİ #Veyseloglu #Ulduz #Olimpiada #UlduzOlimpiadasi
Son qeydiyyat tarixi: 2 noyabr 2014-cü il