Ulucay Akifin “Yad şəhər” adlı yeni şeiri

Ulucay Akifin “Yad şəhər” adlı yeni şeiri

Dialoq.info oxuculara Ulucay Akifin “Yad şəhər” adlı yeni şeirini təqdim edir.

 

“Yad şəhər”

 

Hərdən ayaqlarım sözümə baxmır,
Lazımsız yerlərdə təpik döyürəm.
Mənim heç kəs ilə bir işim olmaz,
Günboyu özümə söyüş söyürəm.

Tuturam yaxamdan, çırpıram yerə
Üzümə tüpürüb çıxıb gedirəm.
Bu ağıl başıma gəlmir ki, yenə
Bir-bir səhvlərimi təkrar edirəm.

Gəzirəm gecələr hey veyil-veyil,
Min bir yalan çıxır hər daş altından.
Bu şəhər deyəsən mənimki deyil,
Götürüb aparın ayaq altından.