Ümidlər də ölür

Dialoq.info abiturient Könül Hüseynovanın essesini təqdim edir

Bir sıra xəstəliklər mövcuddur: xərçəng, serroz,QİCS,AİDS və s. adını bilmədiklərim. Bunların bəzən şans əsəri əlacı tapılır. Bəzən də bu xəstəliklərin birinə məhkum olarsan.

Ümid sonda ölür deyirlər.  Boş söhbətdir! Həkim əlində test cavablarıyla gəlib ailənə və sənə bəd xəbər verəndə, “ömrünə filan qədər vaxt qalıb” deyəndə, elə həmin saniyədən “ümid” deyilən məvhum ürəyində can vertr. Üstəlik gülünc təsəllilər də var : “Ümidini itirmə”,”hər şey yaxşı olacaq.” və buna oxşar cümlələr qururlar. Elə onlar orada həmişə nəsə deyirlər.

Əgər sənin ömrünə sayılı günlər qalıbsa, hansı ümiddən danışmaq olar burada? Çox gülüncdür. Belə kritik dövrlərdə həyatında 2 qrupa böldüyün, yaxşı və pis insanları, bir daha tanıyırsan. Yaxşı bildiklərinin bəzisi naxələf çıxar və yaxud da, səni bərk-bərk qucaqlayar, mənəvi dəstək göstərər. Pis bildiklərinin də bəzən yaxşılığını görərsən, amma bu sənə toxunar. Düşünərsən ki, görəsən qəlbənmi edir, yoxsa içdən-içə intiqammı alır? Amma bu suallarla beynini yormağa dəyməz. Ömrünə az qalmışsa əgər, gələcəyə dair plan qurub, ümid bəsləmək əvəzinə, keçmişdəki xoş günləri xatırlayıb gülümsəmək gözəldir. Çünki gələcəyi düşünmək mənasızdır. Onsuz da öləcəksən.

Bir də əsası halallıq almaq şərtdir. Əgər cənnətə getmək istəyirsənsə çiyinlərində qul haqqıyla getməməlisən. Ona görə də bu həyatı ömürlük deyil də, bir anda tez bitəcəkmiş kimi özünüzü öyrədərək yaşayın.