Ümumdünya Kosmos Həftəsi keçiriləcək

10 oktyabr saat 19:00da Park Bulvar AVM-de Kosmos gunune aid maraqli bir tedbir var .
“World Space Week” Ümumdünya Kosmos Həftəsi Tusi Bohm Planitariumda! Tələsin! Sirli aləmin vurgunları üçün maraqlı, qeyri-adi və fürsətlərlə zəngin bir həftə başlayır. Dialoq.info-un məlumatina görə “Ümumdünya Kosmos Həftəsi” münasibəti ilə oktyabrın 6-dan 10-a qədər hər gün kosmosla baglı yeni məlumat almaq, əylənmək, ulduzların əsrarəngiz dünyasına qərq olmaq imkanınız olacaq. Bayram günləri oktyabrın 4, 5, 6 və 7-si gündə iki dəfə saat 15.30 və 17.30- da Azərbaycanda yeganə məkan olan Tusi-Bohm Planitariumda açıq qapı olacaq. Gəlin və bu unikal məkanda fəzaya baxmaq imkanından yararlanın. Oktyabrın 8-i saat 19.00-da Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçısı Ədalət Ətai sizə günəş sistemi haqda bilmədiklərinizdən danışacaq. 9 oktyabr isə əziz valideynlər və uşaqlar sizi saat 12.00-da Park Bulvar AVM-də gözləyirik. Günəş sistemini düzəltmək maraqlı olacaq. 10 oktyabrda da əyləncə var ,saat 13.00-da öz əllərinizlə spektroskop düzəldib işığın rənglərə necə ayrıldığını təcrübədən keçirəcəksiniz. Maraqlı kosmos həftəsinin yekununda xüsusi sürpriz var!