Ümumi sərmayənin 74,7 faizi tikinti-quraşdırma işlərinə yönəldilib

Yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 2869,2 milyon manat vəsaitin 1456,2 milyon manatı və ya 50,8 faizi qeyri-neft sektoruna qoyulub. Bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 41,2 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumi sərmayənin 74,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunmuş vəsaitin 75,8 faizi məhsul istehsalı obyektlərinin, 18,2 faizi xidmət sahələri üzrə obyektlərin, 6,0 faizi isə ümumi sahəsi 383,2 min kvadratmetr olan yaşayış binalarının tikintisinin payına düşüb.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 60,4 faiz, bank kreditləri 13,7 faiz, büdcə vəsaitləri 19,4 faiz, əhalinin şəxsi vəsaitləri 5,4 faiz, büdcədənkənar fondların vəsaitləri 0,6 faiz, digər vəsaitlər isə 0,5 faiz təşkil edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here