RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL

UNEC-də imtahanlar jurnalistlərin nəzarəti altında keçirilib

324

Yanvarın 12-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) KİV nümayəndələri qış imtahan sessiyasının gedişinə nəzarət ediblər. Edu-map.org Təhsil Portalı olaraq  iştirak etdiyimiz ,“Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında keçirilən tədbirdə nüfuzlu mətbuat orqanlarından iyirmidən çox jurnalist dəvət edilib.

Təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən həyata keçirilən görüşdə Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarə Edilməsi Mərkəzinin direktoru Raqif Qasımov “ictimai nəzarətçi”ləri imtahan prosesinin gedişi, nəzarət təlimatları ilə tanış edib. Onun sözlərinə görə, tələbələrə  imtahandan əvvəl 700 sual verildiyini, imtahan zamanı 50 sualı cavablandırmaları tələb olunduğunu bildirib. Sualları cavablandırdıqdan sonra, nəticələri tələbənin şəxsi kabinetinə göndərilir. İmtahandan əvvəl isə, tələbələr üçün elektron sınaq imtahanları keçirilir. Sonra “ictimai nəzarətçi”lər UNEC-in bütün tədris binalarında keçirilən imtahanlara nəzarət ediblər.

İmtahanlardan sonra jurnalistlər UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüblər. Rektor UNEC-də aparılan islahatlar, universitetin hədəfləri və iş prosesində qarşıya çıxan problemlərdən danışıb. Jurnalistlərin suallarını cavablandırıb.

UNEC-də qış imtahan sessiyası fevralın 1-dək davam edəcək. Sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi, şəffaflığın qorunması məqsədilə imtahan prosesi ictimaiyyət nümayəndələrinə açıq keçirilir. İmtahan sessiyası dövründə hər həftənin şənbə günü rektorun “Açıq qapı” günləri təşkil edilir. Bundan başqa, bütün tədris binalarında qərargahlar yaradılıb. Universitetin “Qaynar xətt” (146-1-3) xidməti də müraciətləri operativ araşdırır.

DSC_2761 DSC_2769 DSC_2809 DSC_2822 DSC_2840

 

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı