UNEC-də “Gənc Bankir Məktəbi-2” layihəsinə start verilir

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Gənc Bankir Məktəbi-2” layihəsinə start verilir.

UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsindən dialoq.info-ya verilən məlumata görə, “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin təşkilatçılığı, “Bank of Baku” ASC-nin tərəfdaşlığı və “Reduco” Tədris Mərkəzinin sponsorluğu ilə baş tutacaq layihə iki mərhələdən ibarət olacaq.

Birinci mərhələdə “Bank of Baku” ASC-nin mütəxəssisləri komanda üzvlərinə bank sektoru mövzularında silsilətəlimlər keçəcəklər. Dörd həftə davam edən təlimlərdən sonra “Gənc Bankir Məktəbi”nin ikinci mərhələsi başlanacaq. İkinci mərhələdə isə komandalar püşkatama yolu ilə seçdikləri bir ölkənin bank sistemi haqqında araşdırma apararaq, elmi-tədqiqat işi hazırlayacaq.

“Gənc Bankir Məktəbi-2”nin yarımfinal mərhələsində komandalar hazırladıqları tədqiqat işlərini münsiflər heyətinə təqdim edəcəklər. Qalib komandanın üzvləri “Bank of Baku” ASC-dətəcrübə proqramına cəlb olunacaq, bütün iştirakçılar isə diplom və hədiyyələrlə təltif olunacaqlar.

“Gənc Bankir Məktəbi-2” layihəsində iştirak etmək üçün komanda şəklində qeydiyyatdan keçə bilərsiniz:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here