RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL 2019.09.11 18:44

UNEC rektoru canlı yayımda valideynlərin suallarını cavablandıracaq

43

UNEC-in rektoru, professor Ədalət Muradov I kursa qəbul olan tələbələrin valideynləri ilə canlı yayıma qoşulacaq.

Universitetdən verilən məlumata görə, rektor canlı yayımda valideynlərin UNEC-dəki tədrisin keyfiyyəti, dərslərin təşkili, tələbələrin savadlı mütəxəssis kimi yetişmələri və uğurlu inkişafı uçun yaradılan imkanlar barədə suallarını cavablandıracaq, təkliflərini dinləyəcək.

Canlı yayım sentyabrın 14-də saat 11:00-da UNEC-in rəsmi Facebook (https://www.facebook.com/uneceduaz/) və İnstagram (https://www.instagram.com/uneceduaz/?hl=tr) səhifələri üzərindən təşkil olunacaq.

Valideynlər sual və təkliflərini canlı yayım zamanı Facebook və İnstagram səhifələrinin rəy bölməsinə yaza bilərlər.

Canlı yayım barədə əlavə məlumat üçün Facebook səhifəsinə yaza və ya (012) 497 58 63 telefon nömrəsinə zəng edə bilərlər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı