Universitetdə “Bayraq Günü” qeyd edilib

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Bayraq Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan dosent Asif Cavadov, rektor, professor Yusif Yusibovun adından tələbə heyətini salamlayıb, bu əlamətdar gün münasibətilə təbrik edib.
Dövlət himni səsləndirildikdən sonra A. Cavadov uzun illər bundan öncə Şərqdə ilk dəfə olaraq qurulmuş Azərbaycan Demokratik Cümhuriyyətinin bayrağı olan üçrəngli bayrağın bu gün eyni zamanda azad, müstəqil Azərbaycan Respublikasının bayrağı olduğunu qeyd edib. O, özündə türkçülüyü, islamçılığı, müasirliyi əks etdirən, üzərində səkkizguşəli ulduz və ay şəkli həkk olunmuş üçrəngli bayrağımızın sovetlər birliyi dağılandan sonra yenidən Azərbaycan səmasında dalğalandığını vurğulayıb.
Azərbaycan tarixi kafedrasının müəllimi Elminaz Namazova çıxışında bu gün Azərbaycan dövlətinin müqəddəs, üçrəngli bayrağının dünyanın hər yerində tanındığını, dövlətimizin gerbinin, himninin bütün ölkələrdə hörmətlə qarşılandığını bildirib: “2009-cu ildən ölkə Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən 9 noyabr “Bayraq Günü” hər il ölkəmizdə təntənə ilə qarşılanır”.
Çıxışların ardından tələbələr vətən torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın qanı ilə suvarılmış müqəddəs bayrağımızın Qarabağda dalğalanacağı gününün arzusunda olduğunu bildirib və “Bayraq Günü” vəsf edən şeirlər səsləndiriblər.
Tədbirdə “Bayraq Günü”nü əks etdirən videoçarxlar izlənilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here