Universitetdə “Şəhadət” filminin müzakirəsi keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Şəhadət” filminin gənclərin iştirakı ilə nümayişi və filmin müzakirəsi keçirilib.
Tədbir Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yanında Mənəvi Dəyərlərin Təbliği Fondu ilə “Azadlıq Hərakaçıları” İctimai Birliyi tərəfindən təşkil edilib.
Tədbiri giriş sözü ilə açan Birliyin sədri Təhmasib Novruzov qloballaşan indiki dünyada ölkə gənclərinin yanlış yol tutmalarının ciddi narahatlıq doğurması, ölkəmizin gələcəyinin daha sağlam nəsillərə etbar edilməsinin vacibliyindən danışıb.
Sonra “Şəhadət” filminin nümayiş olunub.
Filmin nümayişindən sonra Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yanında Mənəvi Dəyərlərin Təbliği Fondunun əməkdaşı Rəşid Paşalı, ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova, tələbələrdən Fatma Mirzəyeva, Nərmin Məlikova, Emin Abbasov, tələbə – gənclər təşkilatının sədri Taleh Mirzəyev və başqaları çıxış edərək filmin məziyyətləri, onun gənclərə təsiri, gələcəyimiz olan gənc nəslin filmdə qoyulan problemə ciddi yanaşmalarının vacibliyi haqqında fikirlərini səsləndiriblər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here