“Unudarıq” – şeir

“Unudarıq” – şeir

Dialoq.info gənc şair Fuad Cəfərlinin şeirini təqdim edir

 

Unudarıq

Ağlama, dağlar qızı ,ağlama..

Biz Uşaqlığımızı unutmuş adamlarıq,

Bir birimizi unutmağa nə var ki?

Ağlama, dağlar qızı ,ağlama

Biz nələrlə barışmadıq ki,bununla da barışarıq!

İnan mənə ,

inan, biz hamıdan daha yaxşı yadlaşarıq.

Bax görürsən, dodağimıza qonan o nəğmə

Gör necə göy üzünə qarışdı,

Sanki insanlar da birdən birə başqalaşdı,

Elə bil dostlar azacıq qəddarlaşdı,

düşmənlərləsə bizlə dostlaşdı..

Ağlama, dağlar qızı ,ağlama..

Hamısını birlikdə unudarıq,

Hamısını bir- bir unudarıq..

Sən yollardakı məni,

Mən dayanacaqdakı səni..

Sən sualları , Mən cavabları ..

Birimiz küləklə dolub daşan bu şəhəri,

Birimiz isə küləyə bulaşmayan dağları unudarıq..

Təmkinlə bir -bir tələsəmədən hamısını unudarıq..

Ağlama, dağlar qızı ,ağlama..

Biz uşaqlığımızı unutmuş adamlarıq..