RESPONSIVE LEADERBOARD AD AREA
MEDİA VƏ QHT 2019.08.25 11:09

“Unudulmayan tarix” sənədli filmi təqdim ediləcək

81

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycanın tarixi həqiqətlərinin dünyaya çatdırılmasında innovativ vasitələrin tətbiqi” layihəsi çərçivəsində “1918-ci il hadisələri -UNUDULMAYAN TARİX” sənədli filmi ingilis dilində hazırlanıb.
Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Nizami Abbas, rejissoru, Mübariz Nağıyev, ingilis dilində tərcümə edən İzzət Hacıyevdir.

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirlinin verdiyi məlumata görə, 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımların tədqiqatını xeyli müddətdir həyata keçirmioşik. Həmin araşdırmalar zamanı toplanmış məlumatlar əsasında, Milli Elmlər Akademiyasının rəyi ilə “1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” kitabı iki dildə çap olundu. Nəhayət kitabın mövzusuna uyğun olaraq “1918-ci il hadisələri-UNUDULMAYAN TARİX” sənədli filminin çəkilişini həyata keçirdik. Filmdə müxtəlif arxiv sənədləri ilə bərabər vaxtılə (2010-cu ildə) müraciət etdiyimiz canlı şahidlərin fikirləri də təqdim olunub”.

“1918-ci il hadisələri-UNUDULMAYAN TARİX” filmi 28 avqustda saat 11-də Beynəlxalq Mətbuat Mərkəzində təqdim olunacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı