Uşaq hüquqları ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

“Qadın və Uşaqların Problemlərinin Araşdırılması” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Uşaq hüquqları ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili” adlı layihəni artıq yekunlaşdırıb. Layihə çərçivəsində tədbirlərdə Bakı şəhərində orta məktəblərdə təhsil alan 12-17 yaş arasında olan 250 şagird iştirak etmişdir. Şagirdlər arasında  hüquqi maarifləndirmə seminarları təşkil edilmişdir. Təşkilatın sədri Səmayə Quliyeva bildirib ki, layihənin əsas məqsədi orta məktəblərdə uşaq hüquqları ilə bağlı, uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması məqsədilə maarifləndirmə tədbirləri keçirmək olmuşdur. O, həmçinin bildirmişdir ki, layihənin qarşıya qoyduğu əsas vəzifə zorakılığa məruz qalan uşaqların psixoloji durumunun yaxşılaşdırılması üçün onlara müvafiq dəstək vermək, həmçinin həmin uşaqların hüquqlarının bərpası məqsədilə hüquqi yardım tədbirləri həyata keçirmək idi. Həmçinin bu layihə çərçivəsində nəzərdə tutulduğu kimi keçirilən görüşlər zamanı uşaqların sosial aktivliyinin artırılması diqqətdə saxlanılmışdır. Tədbirlərdə fəallıq göstərən 100 nəfər iştirakçıya hədiyyələr paylanılmışdır. S.Quliyeva bu tədbilərin davamlı olacağını bildirmişdir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here