“Uşaqlar gülərsə dünya güləcək” layihəsi həyata keçirilib

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Uşaqlar gülərsə dünya güləcək” layihəsi həyata keçirilib. Layihə çərçivəsində Bakı şəhəri Nizami rayonunda yerləşən 1 saylı, Suraxanı rayonunda yerləşən 2 saylı və Xətai rayonunda yerləşən 3 saylı Uşaq Evlərində görüşlər keçirilmiş və körpə balalara hədiyyələr təqdim edilib. Tədbirlərdə Fondun icraçı direktoru Mehman İsmayılov, İcraçı direktor müavini Ceyhun Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Günay Qurbanova, direktorlar, tərbiyəçilər iştirak ediblər. İştirakçılar öz çıxışlarında mənəvi dəyərlərimiz, uşaqların sağlam və parlaq gələcəyi, onların inkişafı ilə bağlı fikirlər səsləndiriblər. Məlumat üçün bildirək ki, layihə çərçivəsində Uşaq Evlərində məskunlaşmış 400-ə yaxın uşağa müxtəlif hədiyyələr təqdim edilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here