Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə oftalmoloji aksiyalar keçiriləcək

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində bir sıra aksiyalar təşkil olunacaq.

Mərkəzdən  bildiriblər ki, uşaqlara həsr olunmuş gün münasibətilə iyunun 1-də bu tibb müəssisəsində “Uşaqların gözləri həmişə gülsün” adlı aksiya keçiriləcək.

Aksiya çərçivəsində mərkəzin səyyar klinikası iyunun 1 və 2-də 124 saylı tam orta məktəbdə olacaq.

Tədbirlər çərçivəsində uşaqların göz müayinəsindən keçmələri nəzərdə tutulur.

AZƏRTAC