Uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi üçün yeni mexanizmlər hazırlanır

Müasir dövrümüzdə internet yalnız maraqlı və əhəmiyyətli məlumatlarla deyil, həm də ziyanlı və təhlükəli veb-səhifələrlə dolu olan qlobal şəbəkədir. Uşaqlara zərərsiz olan veb-səhifələrin axtarışı, aşkarlanması və əldə edilməsi üçün xüsusi metod və vasitələrdən istifadə olunmalıdır. Onların internetdə təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda yeni mexanizmlər hazırlanır.

İnstitutdan bildirilib ki, hazırda uşaqların internetdən təhlükəsiz istifadəsi problemlərinin həllinə yönəlmiş çoxlu sayda proqram təminatlarının olmasına baxmayaraq daha optimal üsulların, etibarlı proqram vasitələrinin və mexanizmlərin yaradılmasına ehtiyac var. Son vaxtlar təhlükələrin yaratdığı problemlərin qarşısının alınması məqsədilə veb-analitika və s. sistemlər yaradılır. Uşaq və yeniyetmələrin təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktika işləri, valideynlərlə iş, informasiya resurslarından istifadə, texniki nəzarət kimi üsullardan istifadə olunur. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here