RESPONSIVE LEADERBOARD AD AREA
ƏDƏBİYYAT

Uşaqlıgimı istəyirəm

377

Mən zamani dayandirib
Geri cəkmək istəyirəm
İllər öncə yaşadıgım anlarıma
Bir ömürə dəyməyəcək aylarıma
Geri dönmək istəyirəm
Saatları çəkib geri
Əqrəblərin dayanmagını istəyirəm
Dərsə gedəndə hər səhər
gecikərək yubanmagı istəyirəm.
Uşaqlıqımı istəyirəm
Arzu dolu,
Xəyal dolu
Dəyərini bilmədiyim illərimi istəyirəm.
Arzularımı istəyirəm
gözəl olur,
yaxın olur,
Uşaqlıgın arzuları fərqli olur
O vaxt hardan biləydimki,
Böyüdükcə arzularda dərdli olur.
Xəyallarımı istəyirəm,
Niyə həyata yetməz oldu?
Xəyallarım böyük oldu
Dərdli oldu,
bitməz oldu
Uşaqlıqda arzularda nə vardısa
Əl atdiqca uzaq oldu,catmaz oldu.
Uşaqlıgımı istəyirəm
Bir gün geri dönər deyə
Tərəddütlə istəyirəm
Bilirəmki dönməyəcək
olsun,
Mən yenədə gözləyirəm…

Nüsrət Kəsəmənli

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı