Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Sentyabrın 22-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Üzeyir Hacıbəylinin və Azərbaycan bəstəkarlarının mahnı irsi” adlı konsert proqramı təqdim edilib.

Konsert proqramı dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşıb.

Azərbaycan Televiziya və Radiosunun T.Əhmədov adına estrada-simfonik orkestrinin müşayiət ilə reallaşan konsertdə respublikanın tanınmış ifaçıları bir-birindən parlaq mahnılar səsləndiriblər.

Konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here