RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Vəkil kimi düşün!” layihəsinə start verildi

394

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisasının 4-cü kurs tələbəsi Eldanə Əliyevanın rəhbərliyi ilə “Vəkil kimi düşün!” layihəsinə start verildi. 

Layihənin əsas məqsədi hüquqşünas tələbələrin peşəkar hüquqşünaslar səviyyəsində hüquqi düşüncəyə malik olmaları üçün şərait yaratmaq, hüquqi problemlərin həlli yönündə onların təkliflərinin üzə çıxarılmasına yardım etməkdir.

Hüquqşünas tələbələrin gələcəkdəki fəaliyyətləri onlardan müstəqil araşdırmaçılıq qabiliyyətlərinin olmasını, hüququn düzgün tətbiq və realizə edilməsini tələb edir. Tələbələrin bu səpkidə olan bacarıqlarının və vərdişlərinin yaranması və məsələyə “vəkil” kimi yanaşa bilmələri üçün “Vəkil kimi düşün!” layihəsinin həyata keçirilməsi planlaşdırılır.

Layihə çərçivəsində tələbələrə komandalar  şəklində müxtəlif hüquqi mövzular barədə təlimlər keçirilməsi, həmin mövzular çərçivəsindəki problemlər barədə komandaların təkliflərinin hazırlanması  nəzərdə tutulmuşdur. Keçirilən təlimlərdən sonra gənc hüquqşünaslar araşdırdıqları problemləri digər komandalar qarşısında təqdim edərək, qalibiyyət uğrunda mübarizə aparacaqlar. Təqdimata daxil olan açıq debatlar, çıxış qabiliyyəti və verilən suallara dolğun cavab vermək kriteriyalarından asılı olaraq onlar arasından qalib komanda elan ediləcək və komanda üzvləri mükafatlandırılacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı