“Vətəndaş Cəmiyyəti” QHT Resurs Mərkəzi “Şəxsi Branding” mövzusunda ödənişsiz seminar keçirib

“Vətəndaş Cəmiyyəti” QHT Resurs Mərkəzinin təşkilatçılığı, Edumap.az və Dialoq.info saytlarının informasiya dəstəyi ilə “Şəxsi Branding” ödənişsiz seminarı keçirilib. Seminarda Barndmaker Exclusive təsisçisi və Barndmaker Fərid Məhərrəmli iştirakçılarla mövzu ətrafında fikirlərini bölüşüb. F.Məhərrəmli tədbir iştirakçılarına şəxsi brendinqlərini yaratma yollarından söz açıb. Bunun üçün istifadə edə biləcəkləri üsul və vasitələrdən ətraflı bəhs edib. Onun sözlərinə görə insanlar, xüsusən də gənclər geyim tərzləri, davranışları və s. ilə cəmiyyətdə bir brend kimi, ictimai xadim kimi formalaşa bilərlər. F,Məhərrəmli məşhurluq ilə brend olmağın fərqli anlayışlar olduğunu söyləyib, onların fərqlərini izah edib. Tədbirin sonunda tədbir iştirakçıları olan gənclər və QHT üzvləri təlimçiyə suallar ünvanlayıblar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here