Vəzifə: Biznes analitik

Vəzifə: Biznes analitik

Şirkət: CyberNet LLC

Vəzifə öhdəlikləri:

Şirkətin daxili biznes proseslərin avtomatlaşdırılması zəruriyyətinin təhlili
Layihə qabağı yoxlamaların aparılması, Sifarişçinin təmsilçiləri ilə analitik müsahibələrin aparılması və işlənib hazırlanan proqram təminatına dair Sifarişçinin tələblərinin müəyyən edilməsi və təhlili
Mövcud olan informasiya sistemlərinin/proqram təminatının və məqbul texnologiyaların ekspertizasının aparılması
Proqram təminatının optimal işlənib hazırlanması məqsədilə Sifarişçiyə konsultasiyaların verilməsi
Proqram təminatından istifadə edərək istehsalat prosesinin optimallaşdırılma variantlarından seçim etməkdə Sifarişçiyə köməyin göstərilməsi
Sifarişçinin tələblərini, istəklərini və imkanlarını nəzərə alaraq məlumat və proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri
Proqram təminatının işlənib hazırlanması, testdən keçirilməsi və tətbiqi zamanı Sifarişçinin təmsilçiləri ilə daima təmasda olmaq və əlaqə saxlamaq
Hazır proqram təminatına dair istifadəçi təlimatların, qaydaların və reqlamentlərin işləyib hazırlaması
İnformasiya sistemləri/proqram təminatın işləyib hazırlanmasına və təkmilləşdirilməsinə dair texniki tapşırığın hazırlanması
Qurulan modellər üzrə Sifarişçi üçün təqdimatların keçirilməsi
Təklif olunan və ya görülən xidmətlərin sərf olunacaq resurs cəhətdən dəyərləndirilməsi

Əsas tələblər:

Ali təhsil (informasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir)
İT sahəsində biznes-analitik və ya sistem analitiki vəzifəsində ən azı 2 il iş təcrubəsi
Dil bilikləri: Azərbaycan, Rus və Ingilis dilləri (yüksək səviyyədə)
Biznes sahəsi və biznes proseslərin idarə edilməsi haqqında biliklər
Modellərin, blok-sxemlərin qurulması üçün istifadə olunan xüsusi proqramlarda işləmək bacarığı
Proqram təminatının işlənməsinə sərf olunan resursların dəyərləndirmə metodları bilikləri
Analitik düşüncə tərzi, müxtəlif insanlarla əlaqə və ünsiyyət qurma bacarığı

Dialoq.info xəbər verir ki,qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Biznes analitik” mövzusu altında [email protected] elekton ünvanına göndərə bilərlər