V Ağıl Oyunları Festivalı olacaq

Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə Azərbaycanda “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə V Ağıl Oyunları Festivalı keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutacaq festivalın keçirilməsində məqsəd Gənclər siyasətinin önəmli istiqamətlərindən olan intellektual oyunların təşkili, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır. Festivalda universitet tələbələrindən ibarət intellektual oyunlar üzrə yarışan komandalar iştirak edə bilərlər.
Festival çərçivəsində Bakı, Gəncə, Sumqayıt, Şəki, Quba, İsmayıllı, Ağdaş, Zərdab və Tərtərdə seçim turları təşkil olunacaq. Seçim turlarında ən yaxşı nəticə göstərmiş komandalarV Ağıl Oyunları Festivalının təşkil olunacaq finalına vəsiqə qazanacaq. Festivalın Bakı şəhərində finalı 3 dekabrda keçiriləcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here