V könüllülük proqramı çərçivəsində 34 nəfər fəaliyyətə başlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilən V könüllülük proqramı çərçivəsində 34 nəfər könüllü fəaliyyətə başlayıb. Müsahibədən uğurla keçən şəxslər BŞTİ-nin müxtəlif sektorlarında, xidmət bölmələrində və Təlimə Dəstək Mərkəzində 3 ay təcrübə keçmək imkanı qazanacaqlar.

Könüllü kimi fəaliyytə başlayan gənclərə 3 ay təcrübə keçdikdən sonra BŞTİ tərəfindən müvafiq arayış veriləcək.

Qeyd edək ki, V könüllülük proqramında iştirak etmək üçün 100 nəfər könüllü elektron ([email protected]) qaydada sənəd verib. Onlardan müvafiq meyarlar əsasında 57 nəfər müsahibəyə çağırılıb və 34 nəfər müsahibədən müsbət nəticə əldə edib. Seçimlərin nəticələrinə uyğun olaraq, 31 nəfər BŞTİ–nin müvafiq sektorlarında, 2 nəfər xidmət bölmələrində, 1 nəfər isə Təlimə Dəstək Mərkəzində fəaliyyətə başlayıb.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq 4 ildir ki, könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İndiyədək BŞTİ tərəfindən həyata keçirilmiş ilk könüllülük proqramında 15, ikinci proqram əsasında 26, üçüncü könüllülük proqramında 35, dördüncü könüllülük proqramında isə 42 nəfər müxtəlif sektorlarda və xidmət bölmələrində fəaliyyət göstəriblər. Onlardan 17 nəfəri hazırda BŞTİ-nin əməkdaşı kimi çalışır.

Qeyd edək ki, V könüllülük proqramında iştirak etmək üçün 100 nəfər könüllü elektron ([email protected]) qaydada sənəd verib. Onlardan müvafiq meyarlar əsasında 57 nəfər müsahibəyə çağırılıb və 34 nəfər müsahibədən müsbət nəticə əldə edib. Seçimlərin nəticələrinə uyğun olaraq, 31 nəfər BŞTİ–nin müvafiq sektorlarında, 2 nəfər xidmət bölmələrində, 1 nəfər isə Təlimə Dəstək Mərkəzində fəaliyyətə başlayıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here