Vahid geyim dəyişə bilər

Artıq neçə ildir ki, Azərbaycanda orta məktəblərdə şagirdlərin vahid məktəbli forması tətbiq olunur. Bu təcrübə digər ölkələr kimi Azərbaycanda da çox yaxşı nəticələr verib. Həmin formaların üstündə “Bakı Tikiş Evi”nin emblemi həkk olunur. Lakin digər ölkələrin praktikasına nəzar saldıqda görərik ki, məktəbli formalarının üstündə ölkələrini təmsil edən hansısa nişanə vurulur. Azərbaycand isə hələ də bu təcrübədən istifadə olunmur.

Bununla bağlı ilk dəfə olaraq ANS PRESS məsələ qaldırmışdı. Ötən il araşdırmalarımız zamanı məlum oldu ki, vahid məktəbli formalarının üstünə Azərbaycanı təbliğ edən yazı yaxud emblem vurulması problemsiz bir işdir. “Bakı Tikiş Evi”ndən bildirilir ki, vahid məktəbli formalarının üstünə Azərbaycan gerbinin, yaxud bayrağının təsvirinin vurulması geyimlərə daha da gözəllik verər. Bu iş nə vaxt aparar, nə də məhsulun qiymətinə təsir edər.

Müəssisənin qiymətləndirmə üzrə iqtisadçısı Səriyə Aslanovanın ANS PRESS-ə verdiyi məlumata görə, vahid formaların üstünə gerb, bayraq və s. kimi atributların vurulması yaxud, hansısa elementin əlavə olunması geyimlərin qiymətinə təsir etməz.

“Son günlər manatın dollara nisbətən ucuzlaşması bizim məhsulların qiymətinə heç bir təsir göstərmədi. Geyimlərə kiçik elementlərin artırılması nə təsir edəcək ki?

Qeyd edək ki, ANS PRESS olaraq ilk dəfə bununla bağlı məsələ qaldırarkən Təhsil Nazirliyində də məsələyə müsbət yanaşılmış və bununla bağlı araşdırmalar aparılacağı bildirilmişdi. Bildirilmişdi ki, vahid məktəbli formalarına dövlət atributları vurulması kimi addım gələn il atıla bilər. İndi vəziyyət nə yerdədir? Bunu öyrənmək üçün Təhsil Nazirliyilə əlaqə yaratdıq.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verdiyi məlumata görə, hələlik bu məsələ ilə bağlı heç bir yenilik yoxdur.

“Məktəbli formalarında dövlət atributlarının həkk olunması təhsilə aid heç bir hüquqi normativ sənəddə qeyd edilməyib. Bununla yanaşı, ayrı-ayrı məktəblər vahid formaların üstündə şagirdlərin hansı məktəbdə təhsil almalarını qeyd edirlər”, – deyə bildirilib.

Çox təəssüf ki, Azərbaycanda bu məsələyə hələ də soyuq münasibət bəslənir. Lakin digər ölkələrdə dövlətin təbliğatı elə ilk olaraq məktəbdən başlanır. Məsələn qonşu Türkiyədə məktəbli formalarının üstünə “Türkiyə Cümhuriyyəti məktəbi” kimi ifadə yazılır. Bu yazı şagirdin özünü vətəndaş və şəxsiyyət kimi hiss etməsinə böyük təsir edir. Murad Kahan adlı Türkiyə vətəndaşı deyir ki, bu səbəbdən şagirdlər özlərini lazımlı vətəndaş kimi hiss edir.

“Bizə orta məktəbdən öyrədirlər ki, biz vətəndaşıq. Bunu hiss etmək üçün məktəblərdə təbliğat aparılır. Təbliğatın əsas hissələrindən biri də, məktəbli formalarımızda Türkiyə vətəndaşı olmağımızı xatırladan sözdür. Məsələn, hansısa şagird küçədə nalayiq hərəkət edən zaman yaşlı biri ona yaxınlaşır və qolundan tutaraq, “Sən Türkiyə Cümhuriyyətinin vətəndaşısan, dövlətinin adını batırma”, – deyir və formanın üstündəki yazını öna göstərir. Bu tərbiyyə heç zaman bizim beynimizdən çıxmır”, – deyə Murad Kahan bildirib.

Bu yaxınlarda bu təcrübədən Rusiya da yararlanmağa başlayıb. Orada da. Rusiya Federasiyasının vətəndaşı olduğunu xatırladan atribut məktəblinin formasında həkk olunub. Bununla da, şagird özünü daha da məsuliyyətli hiss edir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here