RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Vakansiya: Əməliyyat üzrə mütəxəssis

489

“Caspian Development Bank” əməliyyat üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.İqtisadi və ya biznes təhsilli, bank sahəsində 1 təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

İşçinin vəzifələri:

– Fiziki və Hüquqi şəxs müştəriləri hesabları üzrə əməliyyatları yerinə yetirir.

– Xidmət göstərdiyi müştərilər üzrə müştərilərdən sənədləri qəbul edir, yoxlayır və icra edir

– Xidmət etdiyi müştərilərin cari hesabları üzrə balans və balansarxası bütün növ aktiv və passiv əməliyyatları aparır

– Xidmət etdiyi müştərilərin hesabları üzrə nagdsız mübadilə əməliyyatlarının sənədlərini qəbul edir, yoxlayır və icra edir.

– Əmanətlər üzrə bütün əməliyyatları həyata keçirir

  • Müştərilərin hesablarına vergi, DSMF və məhkəmə orqanları tərəfindən daxil olunmuş sərəncamlarını ABİS-ə müvafiq qaydada mədaxil edir

– Pul köçürmə sistemlərilə (Western Union, Monex, Zolotaya Korona, Kontakt, Leader) əməliyyatları yerinə yetirir

-Qanunvericiliyə uyğun olaraq, bank sirrinin qorunması şərti ilə, xidmət etdiyi müştərilərin hesablarının qalıqları və hesabları üzrə əməliyyatlar barədə müvafiq orqanlara arayışlar hazırlayır və departament direktorunun təsdiqi üçün department rəisinə təqdim edir

– Müştəri hesablar üzrə bütün növ nağdsız əməliyyatları aparır

– Əmək və icra intizamına əməl etmək

  • Departament Direktorun ona həvalə etmiş digər vəzifələri həyata keçirir

Vəzifəyə qəbul üçün tələblər:

Təhsil: İqtisadi və ya biznes təhsilinin olması

Bilik:

  • Kompyuter bilikləri, Dil bilikləri (Azərbaycan və Rus dili yüksək səviyyədə, İngilis dili orta səviyyədə)

– Mövcud xüsusi bank proqram təminatı bilmək

– Öz iş çərçivəsində qüvvədə olan bank qanunvericilik və normativ hüquqi aktlarin bilməsi

Bacarıq:

– Kommunikabellik

  • Vahid komandada işləmək bacarığı
  • Müştərilərə yuksək saviyyədə peşəkər xidmət göstərmək bacarığı

Təcrübə:

Müvafiq sahədə azı 1 il iş təcrübəsi İş üçün müraciət anketinizi [email protected] ünvanına göndərə bilərsiniz. Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə qeyd olunmalıdır. Müraciət anketində namizəd barədə ətraflı və dəqiq məlumatlar qeyd edilməli, anketdə namizədin fotoşəkili olmalıdır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı