Vakansiya: əməliyyatçı-xəzinədar

DəmirBank ASC VIP şöbəsinə əməliyyatçı-xəzinədar vəzifəsinə işəqəbul elan edir.

İşin təsviri:

 Fiziki şəxs olan VIP müştərilərə bank məhsul və xidmətlərinin təqdim etmək;
 Sürətli pul köçürmələri üzrə əməliyyatların rəsmiləşdirilməsi, əməliyyatların beynəlxalq ödəniş sistemində icra olunması, iş gününün sonunda ödəniş sistemi üzrə əməliyyat günü üzrə yekun hesabatları hazırlamaq;
 Əmanət kitabçasında yazılışları aparmaq;
 Hesablarında olan vəsaitin konvertasiya edilməsi üçün VIP müştərilərdən sifarişləri qəbul etmək, yoxlamaq və icra etmək;
 VIP müştərilərə məlumat və məsləhət vermək, onlara bank məhsul və xidmətlərini reklam etmək;
 Müəyyən olunmuş limit çərçivəsində kassa məxaric sənədlərini imzalamaq, məxaricə icazə vermək;
 VIP müştəri hesabında olan vəsaiti konvertasiya etmək, müştəri tərəfindən tərtib olunan sərəncamların, inkasso tapşırıqlarının qəbulu, onların uçotu, balansdankənar hesablarda uçota alınması və vaxtında icrasını həyata keçirmək;
 VIP müştərilərə bank hesablarının açılmasını həyata keçirmək;
 Kredit və əmanət əməliyyatlarının tam sənədləşməsini həyata keçirmək;
 Sərəncamların, inkasso tapşırıqlarının qəbuluna, onların uçotu, balansdankənar hesablarda uçota alınmasına və vaxtında icrasına nəzarət etmək.

Namizədə qarşı tələblər:

 Ali iqtisadi və ya riyazi təhsil;
 Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
 Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli, digər xarici dillər arzuolunandır;
 Məsuliyyət, düzgünlük, dəqiqlik, məxfilik və etibarlılıq kimi mütləq göstəricilərə malik olmalı;
 Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
 Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı;
 Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insan psixologiyasına bələd olmaq;
 Əməliyyatların icra edilməsində yüksək operativliyə sahib olmaq;
 Müştərilərin bütün suallarının cavablandırılması üçün kifayət qədər nəzəri və praktiki biliklərə sahib olmaq.

Dialoq.info xəbər verir ki,göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 13 oktyabr 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əməliyyatçı-xəzinədar) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.