Vakansiya: Baş Direktorun İnzibati Köməkçisi

Vəzifə: Baş Direktorun İnzibati Köməkçisi

Kimə məruzə edir: Baş Direktor

VƏZİFƏ BORCLARI:

Baş Direktorun Köməkçisinin əsas vəzifəsi həm Həmkarlarımızı, həm də gələn Qonaqlarımızı nəzakətlə qarşılamaq və onlara səmərəli yardım göstərmək, üzügülər və xoşrəftar davranmaq, suallarını məntiqlə və gözlədiklərindən artıq şəkildə cavablandırmaqdır. Fairmont Baku-nun Baş Direktoruna məruzə edən İcraedici Köməkçi İcraedici Ofisin sərbəst fəaliyyət göstərməsini təmin edir.

• Baş Direktor üçün bütün görüşləri planlaşdırmaq və tənzimləmək.

• Bütün telefon zənglərini, Otelə gələn bütün xarici və daxili Qonaqların istəklərini ardıcıl şəkildə qarşılamaq.

• Elekron poçt səhifəsindən daxil olan bütün şərhləri /sorğuları müzakirə etmək.

• Bütün VIP qabaqcadan sifarişlərini və əlaqədar xidmətləri təşkil etmək.

• Baş Direktor üçün salamlama, təbrik və s. məktublar tərtib etmək.

• Baş Direktorun iştirak etdiyi müxtəlif komitə və şuralar ilə bağlı müxtəlif sənədləri vaxtaşırı yeniləməklə ona ictimai xidmətləri sahəsində köməklik etmək.

• Peşəkarlıq və məxfiliyi ən ciddi şəkildə qoruyub saxlamaq.

• Otel daxili layihələrə dəstək olmaq, lazımi tədbirləri izləmək və irəliləyiş olduqca hesabatları (illik büdcə, strateji plan və s.) yeniləmək.

• Sənədlərin qeydiyyat sistemini daim yeniləmək.

• Sənədlərlə bağlı gedişatı izləmək və müvafiq tapşırıqları yerinə yetirmək üçün gündəlik işləri icra etmək.

• Poçt, telefonlara cavab, surətçıxarma, ofis avadanlıqlarının təchizatı kimi ofis daxili inzibati vəzifələri icra etmək.

• İcra Komitəsinin iclaslarını qrafikə salmaq, protokollar tərtib etmək, habelə lazım gəldikdə yarım-komitə iclaslarını təşkil etmək / bu iclaslara qatılmaq.

• Lazım gəldikdə tərcümə xidmətləri göstərmək.

• Lazım gəldikdə səyahət xidmətlərini təşkil etmək.

• Lazım gəldikdə həmkarlarla bağlı tədbirlərin, rəhbərlik və icraedici ofis tədbirlərinin və s. keçirilməsinə dəstək göstərmək.

• Digər mümkün vəzifələri yerinə yetirmək.

İXTİSAS TƏLƏBLƏRİ:

• İnzibati idarəetmə sahəsində, xüsusən də Otel fəaliyyəti sahəsində ən azı 3 ilik iş təcrübəsinə malik olmaq.

• İngilis və Rus/Azərbaycan dillərində yazılı və şifahi ünsiyyət etmək.

• Gərgin iş mühitində çalışaraq bütün tapşırıqları vaxtında icra etmək.

• Telefon zənglərinə peşəkarcasına cavab vermək və təbssümlü davranış tərzi nümayiş etdirmək.

• Mükəmməl şəkildə yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq (məktub mətnləri tərtib etmək).

• Məxfi məlumatlarla iş təcrübəsinə malik olmaq.

• Ciddi təşəbbüskarlığa, sərbəstliyə malik komanda üzvü olmaq.

• Dəqiqədə ən azı 50 söz yazmağı bacarmaq.

• Word, Excel, Word, Outlook və PowerPoint kompyüter proqramlarını bilmək.

*İş üçün müraciət yalnız Online ərizə formasında qəbul olunur. Online ərizənin doldurulma qaydaları:

• Addım 1: Bizim karyera portalımıza baş çəkin: http://www.fairmontcareers.com

• Addım 2: Search Positions linkində new düyməsinə basın

• Addım 3: Menyudan istifadə edərək işin yerləşdiyi ərazi, işin kateqoriyası, vəzifənin adı və ya açar sözdən istifadə edərək iş axtarışı əməliyyatını yerinə yetirə bilərsiniz

• Addım 4: Vəzifəni seçin və ərizənizi Online təqdim edin

Qeyd: Ərizənin “Online Assesment” hissəsinə çatdıqda zəhmət olmasa diqqətli olun. Sizin iki seçiminiz olacaq: Online Assessment-i dərhal etmək və ya başqa vaxt etməyiniz üçün e-mail ünvanınıza göndərmək. Zəhmət olmasa əmin olun ki, ekranın yuxarı hissəsindəki “pop-ups”-a Online Assessment-i tamamlamanız üçün müvəqqəti olaraq icazə verilmişdir. Elektron ərizəniz yalnız Online Assesment-i etdikdən sonra tamamlanmış hesab ediləcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here