RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Vakansiya: Baş maliyyəçi

546

Aktiv vakansiya! AAAF Parkda (Xırdalan şəhəri) Baş maliyyəçi tələb olunur. Ə/h – 1500 AZN.

Tələblər:
– Ali iqtisadi, maliiyə və vergi üzrə təhsil;
– İnşaat, kommersiya sektorunda təcrübə;
– Baş maliyyəçi kimi ən az 5 il iş təcrübəsi;
– Beynəlxalq mühasibatlıq bilgiləri;
– Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
– MS Office proqramlarını mükəmməl bilməli;
– 1C mühasibatlıq-maliyyə modulu ilə yüksək səviyyədə çalışa bilməlidir;
– Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
– Mühasibatlıq üzrə beynəlxalq sertifikatları olanlara üstünlük verilir.

Vəzifələr:
– Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil edir;
– Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanması təmin edir;
– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil edir;
– Hesabat-uçot işlərini müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında iştirak edir;
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin edir;
– Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
– Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil edir;
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirir;
– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət edir;
– Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak edir.

Cv-nizi [email protected] ünvanına mövzuda “Baş maliyyəçi” yazıb göndərməyiniz xahiş olunur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı