Vakansiya: Baş mühasib vəzifəsi

“Bakı Sığorta” şirkəti baş mühasib vəzifəsinə vakansiya elan edir. Dialoq.info xəbər verir ki, ali təhsilli, 37–42 yaşlı, sığorta sahəsində 5 ildən çox iş təcrübəsinə malik, Azərbaycan və rus dillərini yaxşı bilən, MS Office (Word, Excel) kompüter proqramlarında işləməyi bacaran, ACCA F3 səviyyəsində mühasibat bilikləri olan şəxslər müraciət edə bilərlər.
Namizədlərdən işə planlı yanaşmaq bacarığı, dəqiq, punktual, məsuliyyətli olmaq tələb edilir.

İş barədə məlumat:
– Mühasibat əməliyyatlarının qeydiyyatı
– Hesabatların hazırlanması və yoxlanılması
– Mühasibat hesablarına nəzarət
– Vergi hesablarının aparılması
– Əmək haqlarının hesablanması
– Ödəniş tapşırıqlarının hazırlanması
– DSMF hesablarının hesablanması
İşçi ilə əmək müqaviləsi bağlanılır. İş vaxtı həftənin 5 günü 09:00-18:00.

Əmək haqqı: 1000 – 1500 AZN

CV göndərənlərdən “mövzu” bölməsində “baş mühasib” sözlərini yazmaları xahiş olunur.

Telefon: (012) 598-81-81, dax. 1250
Faks: (012) 598-81-82
e-mail: [email protected]
Əlaqədar şəxs: Yusif Əsgərov