Vakansiya: Çağrı Mərkəzi Operatoru

Vakansiya: Çağrı Mərkəzi Operatoru
İşə götürən: Kaspi Təhsil Şirkəti
Elan tarixi: 09 Mart 2015
Son tarix: 25 Mart 2015
Vakansiya nömrəsi: 014
Yerləşdiyi ərazi: Azərbaycan, Bakı
İş saatları: 9:00-18:00, 6 gün
Maaş: 300-500 AZN, nahar

Vəzifə funksiyaları
• Daxil olan telefon zənglərini cavablandırmaq;
• Kaspi Təhsil Şirkətinin xidmətləri və onlardan istifadə barədə ətraflı şəkildə məlumat vermək;
• Müştərilərə tövsiyə, məsləhət və konsultasiya xidmətlərini həyata keçirmək;
• Real və potensial müştərilərin bazasını yaratmaq, informasiyanın aktuallığını yoxlamaq;
• Müştəri şikayətlərini aydınlaşdırmaq və həll etmək;

Tələblər
• Ali və ya orta ixtisas təhsil;
• Ləhçə və tələffüz qüsuru olmayan səlis nitq və yüksək dinləmə qabiliyyəti;
• Səlis Azərbaycan və yüksək səviyyədə Rus dili biliyi;
• Kompyuterdən istifadə bacarığı, MS Office proqramlarıla (Word, Excel) işləmək qabiliyyəti;
• Səbirli, stressə dözümlü, mülayim gərgin iş rejimində çalışmaq qabilliyyəti;
• Sahə üzrə iş təcrübəsi arzuolunandır;

Maraqlanan şəxslərdən veb səhifədə göstərilən ərizə formasını doldurub [email protected] ünvanına göndərmələri xahiş olunur. Şəxsi CV-lərə baxılmayacaqdır.
Qeyd: Email-in “subject” bölümündə müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz tövsiyə olunur.
Elana verilmiş vakansiya üzrə yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here