RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Vakansiya: Camaşırxana meneceri

637

Camaşırxananın iqtisadi cəhətdən səmərəli və müəyyən edilmiş standartlar çərçivəsində idarə edilməsi
 Camaşırxananın fəaliyyətinə nəzarət edilməsi, həmin fəaliyyətin müəyyən edilmiş standartlara və təsərrüfat işləri üzrə müdirin təlimatlarına əsasən və ya onun köməyi ilə davam etdirilməsi üçün məsuliyyət daşıyır.
 İşlərin necə icra etmək lazım olduğunu yaxşı bilir və əlaqədar keyfiyyət meyarlarından xəbərdardır.
 Texniki şöbə, Yemək və içki xidməti şöbəsinin xidmət məkanları, digər təsərrüfat xidməti sahələri ilə  və həmin şöbə və məkanların qrup rəhbərləri ilə yaxından əməkdaşlıq edir.
 Camaşırxananın ardıcıl və problemsiz gündəlik fəaliyyətinin təşkili üçün məsuliyyət daşıyır.
 Bütün növ camaşırların düzgün yuyulması, təmizlənməsi və saxlanması, uyğun yerlərə və ya daha sonra üzərində iş görülməsi məqsədilə lazımi yerlərə göndərilməsi üçün məsuliyyət daşıyır.
 Təsərrüfat işləri üzrə müdirlə inventarizasiya aparır və bu inventarizasiyaya əvvəlcədən hazırlıq görür.
 Camaşırxana inventarını yoxlayır, camaşırxananın fəaliyyətinə mane ola biləcək amillərlə əlaqədar qrup rəhbərinə dərhal xəbər verir.
Camaşırxananın işinin keyfiyyətli olması məqsədilə materiallardan qənaətlər və ekoloji təmiz üsullarla istifadə edir.
 Təmizlik maddələri üçün məsuliyyət daşıyır, lazım olarsa maliyyətləri və gözlənən iş həcmini nəzərə alaraq həmin maddələrin sifarişini verir, sifarişini yazılı olaraq qrup rəhbərinə təqdim edir.
 Kollektivin yeni üzvlərinə kömək edir, onlara işi öyrədir.
 Aylıq fəaliyyət planı (siyahısı) hazırlayır.
 Camaşırxananın təmizliyi və səliqəsi üçün məsuliyyət daşıyır, təmizlik işlərini təşkil edir və nəzarət altında saxlayır, lazım olarsa bu işlərdə özü də iştirak edir.
 Camaşırxanadakı qurğu və avadanlıqları düzgün (onların işlədilməsinə aid təlimatlara uyğun olaraq) işlədə bilir, camaşırxana işçilərinin də bu qurğu və  avadanlıqları necə işlətməsinə nəzarət edir.

Tələblər:

 Ali və ya orta ixtisas təhsilli
 Ən azı camaşırxana və ya təmizlik sahəsində 3-5 illik iş təcrübəsi
 Stress altında işləmə bacarığı
 Dəyişkən iş qrafikində işləmə qabiliyyəti
 Müsbət ünsiyyət və komandada işləmə bacarığı
 Əməyin təhlükəsizliyi qaydalarından agah olmalı
 Kimyəvi maddələrlə işləmə bacarığı

Maraqlanan namizədlər cv-lərini [email protected] unvanina müvafiq pozisiyani qeyd etməklə göndərə bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı